Rusiyaya məxsus hərbi təyyarələr İŞİD terror qruplaşmasının Suriydakı mövqelərinə hava zərbələri endirib.
Modern.az-ın APA agentliyinə istinadən verdiyi məlumata görə, 20 uçuş nəticəsində 8 obyektə nöqtə zərbəsi endirilib. Rusiya müdafiə nazirliyi faktı təsdiqləyib.Qeyd edək ki, sentyabrın 30-da Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.
Modern.az