Modern.az

Bakılı qadın kişi tanışı ilə birləşib ərini doğradı

Bakılı qadın kişi tanışı ilə birləşib ərini doğradı

1 Oktyabr 2015, 11:57

Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, bir müddət əvvəl Kamran Mahmudov adlı şəxs itkin düşüb. Onunla bağlı araşdırma aparılan zaman K. Mahmudovun həyat yoldaşı Lalə Mahmudova və onun Sədi adlı tanışı tərəfindən öldürüldüyü məlum olub.

Həmin şəxslər meyiti hissələrə bölərək İsmayıllı rayonunda meşədə basdırıblar.

Onlar saxlanılaraq istintaq orqanına təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək