Modern.az

Türkiyədə 2 hərbçi şəhid oldu

Türkiyədə 2 hərbçi şəhid oldu

1 Oktyabr 2015, 13:16


Türkiyənin Diyarbakır vilayətinin Silavn rayonunda PKK terror təşkilatı üzvlərinin təşkil etdiyi silahlı basqında iki hərbçi həlak olub.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, hərbçilər Diyarbakır küçəsində avtomobilə əyləşərkən iriçaplı silahlardan atəşə tutulublar.  

Silvan dövlət xəstəxanasına aparılan hərbçilərin həkimlərin müdaxiləsinə baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb.  

Modern.az    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək