Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tikinti və quruculuq işləri sürətlə davam etdirilir.
Modern.az xəbər verir ki, cəbhəboyu zonada yerləşən bir neçə yeni iri hərbi hissədə görülən işlərin yekun mərhələsi ilə tanış olmaq və tikintinin keyfiyyətini yoxlamaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov inşa edilən obyektlərdə olub.
Qısa bir müddətdə istifadəyə veriləcək yeni hərbi şəhərciklərdə 20 min nəfərdən artıq şəxsi heyətin yerləşdirilməsi üçün tam şərait yaradılıb, o cümlədən 500-dən artıq ailəli və subay hərbi qulluqçular üçün xidməti mənzillər tikilib.
Modern.az