1 noyabr parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlərin qeydə alınması sabah saat 18.00-da başa çatacaq. Modern.az saytı bu günədək qeydə alınmış deputatlığa namizədlərin fəaliyyət növünü araşdırarkən məlum olub ki, təhsil işçiləri seçki marafonunda daha çoxluq təşkil edirlər.
Belə ki, müxtəlif seçki dairələrində 66 sıravi orta məktəb müəllimi deputatlığa namizəd vəsiqəsi alıb.
1 noyabr seçkilərinə namizəd kimi qatılanlardan 45 nəfəri orta məktəb direktoru və onların müavinləridir.
Bundan başqa, ayrı-ayrı rayon Təhsil şöbələrinin də 17 işçisi (müdir, müavin, metodist və s.) 1 noyabr seçkilərində deputatlığa namizəd kimi iştirak edəcək.
Deputatlığa namizəd kimi qeydə alınanlar arasında 5 nəfər məktəbəqədər tərbiyə müəssisəsinin (uşaq bağçası) işçisi də var.
Biz hələ peşə liseyləri, kollec, universitet müəllimlərini bu sıraya qatmadıq. Namizədlər arasında belələri də var.
Namizədlərin qeydə alınma müddətinin başa çatmasına hələ 1 gün də qaldığı nəzərə alınsa, belə demək olar ki, deputat mandatı uğrunda mübarizə aparacaq təhsil işçilərinin sayında bir qədər də artım gözlənilir.
Modern.az