Modern.az

Özəl universitet rektoru deputatlığa namizəd oldu

Özəl universitet rektoru deputatlığa namizəd oldu

1 Oktyabr 2015, 18:12

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə daha bir ali məktəb rektoru deputatlığa namizəd kimi iştirak edəcək. Modern.az saytının məlumatına görə, bu, 104 sayli Gədəbəy-Tovuz seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd, Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlidir. O, bitərəf olaraq öz təşəbbüsü ilə seçkiyə qatılıb.

Qeyd edək ki, bu dairədə hakim Yeni Azərbaycan Partiyasının namizədi, Tibb Universitetinin prorektoru, hazırki deputat Rafiq Məmmədhəsənov və eks-deputat Nazim Məmmədov da mandat uğrunda mübarizə aparacaqlar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək