Modern.az

Azərbaycan prezidenti Şimon Peresi qəbul edib

Azərbaycan prezidenti Şimon Peresi qəbul edib

1 Oktyabr 2015, 20:08

Azərbaycan prezidenti İlham Əliyev İsrail Dövlətinin sabiq prezidenti Şimon Peresi qəbul edib.

Modern.az-ın məlumatına görə, görüşdə prezident  İlham Əliyevlə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri məmnunluqla xatırlanıb. İsrailin sabiq prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. Söhbət zamanı Azərbaycanla İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək