Ankarada baş verən dəhşətli yol qəzası nəticəsində ölənlərin sayı artmaqdadır.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şəhərin Cebeci və Dikimevi qovşağında əyləc sistemi boşalan avtobus dayanacağının üstünə çıxıb. Hadisə nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.06 DY 5472 nömrə-nişanlı bələdiyyə avtobusunun dayanacaqdakı insanların üstünə çıxması nəticəsində 10 nəfər elə yerindəcə keçinib. Sonradan daha 2 nəfər xəstəxanada dünyasını dəyişib.
Modern.az