Modern.az

"Qarabağ"dan möhtəşəm QƏLƏBƏ

"Qarabağ"dan möhtəşəm QƏLƏBƏ

1 Oktyabr 2015, 23:42


Avropa Liqasının qrup mərhələsində ikinci oyununa çıxan Ağdamın "Qarabağ" klubu Azərbaycan futbolsevərlərinə xoş anlar yaşadıb. Qurban Qurbanovun komandası Bakıda Belçikanın “Anderlext” klubunu qəbul edib.

Modern.az-ın məlumatına görə, ilk turda səfərdə “Tottenhem”ə uduzan komandamız doğma meydanda, 33 qat Belçika çempionu ilə oyunda ilk xalını qazanmağa çalışdı və artığına da nail oldu.

Oyunun 36-cı dədqiqəsində Riçard Almeydanın mükəmməl zərbəsi ilə hesabda önə keçən "Qarabağ" klubu gözəl çıxışla 1:0 hesablı qələbəni sonadək qoruyub saxlaya bildi.

Beləliklə, "Qarabağ" klubu Avroliqanın qrup mərhələsində ilk üç xalını qazandı.



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək