Modern.az

Aqil Abbas ermənilərin Qarabağda gördüyü işi BƏYƏNDİ:"Onlar yaxşı ustadırlar"

Aqil Abbas ermənilərin Qarabağda gördüyü işi BƏYƏNDİ:"Onlar yaxşı ustadırlar"

2 Oktyabr 2015, 11:14

“Yaxşıdır ki, ermənilər işlərini bəribaşdan görürlər”

Qondarma “Dağlıq Qarabağ Respublikasının şəhərsalma naziri” Karen Şahramanyan işğal altındakı keçmiş Ağdərə rayonunun ərazisindən Ağdama yol çəkəcəklərini bildirib. Yerli mənbələr yolun hərbi məqsədlə salındığını qeyd edirlər.

Qarabağlı deputat Aqil Abbas Modern.az saytına bunu müsbət qiymətlənidirdiyini deyir:

“Ermənilər yol çəkir, təmir edir, qoy etsinlər. Onsuz da bizə qalacaq. Gec-tez biz öz torpaqlarımıza gedəcəyik”.

Deputat bildirir ki, müharibə vaxtı hər yer dağıdılmışdı, indi isə düzəldirlər:

“Əslində bu, biz torpaqlara qayıtdıqdan sonra görəcəyimiz işləri azaltmağa xidmət edir. Qarabağ geri qaytarılandan sonra Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də orada yaşayacaq. Onsuz da dağıtdıqlarını özlərinə tikdirəcəyik, çünki, onlar yaxşı ustadırlar. Müsbət haldır ki, işlərini bəri başdan görürlər”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi