Modern.az

Məzahir Pənahov nə qədər namizədin qeydiyyatdan keçdiyini AÇIQLADI

Məzahir Pənahov nə qədər namizədin qeydiyyatdan keçdiyini AÇIQLADI

2 Oktyabr 2015, 11:32


“1700 nəfər deputatlığa namizəd olmaq üçün dairə seçki komissiyalarına müraciət edib”.

Modern.az saytının məlumatına görə bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: Seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri mövzusunda keçirilən seminarda bildirib.  

Onun sözlərinə görə artıq 800 nəfər deputatlığa namizəd qeydə alınıb.  

MSK sədri bildirib ki, bu günki tədbir seçkilərin ədalətli və şəffəf keçirilməsi üçün hökumətin ortaya qoyduğu iradənin bariz nümunəsidir:  

"Biz həmişə mətbuat nümayəndələri ilə çalışmışıq. Çalışmışıq ki, nəinki yerli mətbuat, o cümlədən xarici mətbuat da tədbirlərimizdə yaxından iştirak etsin. KİV-lərin seçkilərdə rolu və yeri çox vacibdir.

Mətbuat nümayəndələri elə insanlardır ki, onların seçkilərin müşahidə etməsi üçün haradasa akkreditasiya keçməsi üçün ehtiyac yoxdur. Onların vəsiqələri prosesdə əvvəldən axıra kimi iştirak etməyə imkan verir. Bizim mətbuat çox inkişaf edib.

Ümumi ölkənin durumu demokratik seçkilərin keçirilməsi üçün mühit olmalıdır. Biz bütün şəraiti yaratmalıyıq ki, seçkilərlə bağlı kimin nə fikri varsa ortaya qoysun. Azərbaycanda indiyə qədər keçirilən seçkilərdə çoxluğun fikrinin olmasında heç bir problem olmayıb. Biz hamımız çalışmalıyıq ki, seçkilərə kölgə salmaq üçün heç kimə əsas verməyək.

Qeyd edək ki, tədbirin təşkilatçıları Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasıdır.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək