Modern.az

Ermənilərin iki hərbçisi məhv edildi

Ermənilərin iki hərbçisi məhv edildi

2 Oktyabr 2015, 11:58


Oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.

Azərbaycan Müdafiə Nazirliyinin mərbuat xidmətindən Modern.az-a saytına verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi