Modern.az

Deputat Qalib Salahzadə: "Başımı aşağı, üzümü qara edəcək əməlim olmayıb”

Deputat Qalib Salahzadə: "Başımı aşağı, üzümü qara edəcək əməlim olmayıb”

2 Oktyabr 2015, 12:11

Bu gün Milli Məclisin deputatı Qalib Salahzadənin ad günüdür. YAP-ın üzvü olan millət vəkili Modern.az saytına açıqlamasında ad günü ilə bağlı təəssüratlarını bölüşüb.

"Bu gün 62 yaşım tamam olur. Geriyə baxdığımda qürur hissi keçirirəm. Şükürlər olsun ki, dövlətimin, millətimin, ölkə rəhbərliyinin, ailəmin qarşısında başımı aşağı, üzümü qara edə biləcək əməlim, fəaliyyətim olmayıb. Zəhmətimlə, ağlımla, Allaha olan dərin inamımla yaşamışam, bu zirvəyə çatmışam. Hər il olduğu kimi, bu dəfə də ad günümü sadə, dostlarımın, ailəmin əhatəsində qeyd edəcəm", deyə Q.Salahzadə bildirib.

1953-cü ildə Bakı şəhərində anadan olan Q.Salahzadə ziyalı ailəsində böyüyüb. O, müxtəlif idarə və müəssisələrdə rəhbər vəzifələrdə çalışıb. Bilgəh Bələdiyyəsinin hüquqşünası olan Q.Salahzadə 2010-cu ildə 27 saylı Sabunçu II Seçki Dairəsi üzrə Milli Məclisinin deputatı seçilib.

Lakin Qalib Salahzadə budəfəki parlament seçkilərində iştirak etməyəcək, O, üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısına salınmayıb. Q.Salahzadə partiyanın qərarına hörmətlə yanaşdığını söyləyib.

Qeyd edək ki, deputat Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə qudadır. Q.Salahzadənin bir oğlu, bir qızı, yeddi nəvəsi və bir nəticəsi var.

Bu günlərdə deputat 28 dəfə Həcc ziyarətinə getməsi ilə mətbuatın müzakirə obyektinə çevrilmişdi.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək