Modern.az

YAP-çı deputat namizədliyini geri götürdü

YAP-çı deputat namizədliyini geri götürdü

2 Oktyabr 2015, 12:29


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisdə 41 saylı Sumqayıt birinci seçki dairəsini təmsil edən millət vəkili Leyla Abdullayeva deputatlığa namizədliyini geri götürüb.

Modern.az saytı xəbər verir ki, bu barədə AzVision.az-a hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

YAP rəsmisi bildirib ki, Leyla Abdullayeva namizədliyini öz istəyi ilə geri götürüb.

L.Abdullayevanın namizədliyini hansı səbəbdən geri götürməsi isə məlum deyil.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının açıqladığı seçki siyahısında Leyla Abdullayeva 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim edilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək