Modern.az

Deputat seçkilərə qatılmaqdan imtina etdi

Deputat seçkilərə qatılmaqdan imtina etdi

2 Oktyabr 2015, 12:50


“Əziz dostum və qardaşım Ülvi Quliyevin bir sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi”.

Modern.az saytının məlumatına görə, bunu deputat Etibar Hüseynov 1 noyabr Milli Məclis seçkilərinə gedib-getməyəcəyindən danışarkən bildirib.

O deyib ki, hər şeyi sıfırdan başlamaq böyük maliyyə, vaxt və enerji tələb edir.

“Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir”,-deyə deputat bildirib.

E. Hüseynov əlavə edib ki, buna görə də qarşıdan gələn parlament seçkilərinə qatılmamaq qərarı verib.

“Bütün namizədlərə isə uğrular arzulayıram. Yəni, hər şey bu qədər bəsitdir. Sitatın sonu”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək