Modern.az

Ermənistan ordusunun 7 əsgəri ağır vəziyyətdədir

Ermənistan ordusunun 7 əsgəri ağır vəziyyətdədir

2 Oktyabr 2015, 13:31


Bir neçə gün öncə cəbhə xəttində xəsarətlər alan Ermənistan ordsunun hərbçilərindən 7-sinin vəziyyəti ağırdır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbçilərdən 2-sinin vəziyyəti kritik olduğu üçün onlar Xankəndi şəhərindən Yerevandakı hərbi hospitala aparılıblar. Daha 5 hərbçi isə orta-ağır vəziyyətdədir.

Ermənistan Mərkəzi Hərbi Kliniki xəstəxanasının rəisi Aram Asaturyan ağır yaralı hərbçilərin sağalmaq şanaslarının yüksək olduğunu bildirib. Onun sözlərinə görə, əksər erməni hərbçiləri qəlpə yarası alıblar.

Xatıralaq ki, son günlər cəbhə xəttində Azərbaycan ordsunun cavab zərbələri nəticəsində düşmən ordusu xeyli itki verib.



Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək