“Qərbi Avropadan olan ölkələrin beynəlxalq təşkilatlarda, o cümlədən, Parlament assambleyalarındakı nümayəndələrini əstəğfürullah Allahın və “demokratiyanın” canişini hesab edən soydaşlarıma demək istəyirəm: istər ATƏT-in, istər də AŞPA-nın bütün üzvləri və rəsmiləri bərabər hüquqlu statusa malikdirlər”.
Modern.az saytı xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
O qeyd edib ki, Səməd Seyidovun yeni vəzifəsində səlahiyyətlərinin nədən ibarət olduğunu öyrənmək üçün onun özündən, yaxud həmkarlarından soruşmaq, eləcə də təşkilatın sənədlərinə baxmaq kifayət idi. “Bunun üçün Andreas Qrossa müraciət etmək və onun fikirlərini tirajlamağa ehtiyac yox idi.Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq Komitəsinin vitse-prezidenti seçilib.
AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qross isə bildirib ki, Səməd Seyidovun yeni vəzifəsi qətiyyən AŞPA və Azərbaycan arasında münasibətlərin istiləşməsi və ya qurumun ölkəyə güzəşti kimi xarakterizə edilə bilməz.
Namidə Bingöl