Modern.az

Abbas Abbasovun oğlu daha deputat olmayacaq - AÇIQLAMA

Abbas Abbasovun oğlu daha deputat olmayacaq - AÇIQLAMA

Qarabağ

2 Oktyabr 2015, 15:30

“Əziz dostlarım. Son zamanlar millət vəkililiyinə namizədliyimlə bağlı çox saylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib, suallara son qoymaq istəyirəm.
10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha milət vəkili olaraq deyil”.  

Modern.az saytının məlumatına görə bunu Milli Məclisin deputatı, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov bildirib.  

O deyib ki, bu dəfə Milli Məclisə keçriləcək seçkilərdə iştirak etməyəcək.  

“Namizədlərin hər birinə uğurlar arzu edirəm! Seçicilərim və doğma Gəncə şəhərinin sakinləri mənə hər zaman müraciət edə bilərlər. Gəncə bizim üçün doğma və əvəzolunmazdır.  

Bəli, bu gün açıq şəkildə Azərbaycana qarşı ədalətsiz, ikili standartlar siyasəti yürüdülür. Dövlətim, millətim naminə bu siyasətə qarşı mübarizə aparacağam. Vətənə, dövlətə hörmət etmək hər birimizin borcudur.  

Cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə Azərbaycanımızın daha da inkişaf edəcəyinə və xalqımızın rifah içində yaşayacağına əminəm. Allah Azerbaycanımızı qorusun!!!!!”.  

Modern.az    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu