Modern.az

Putin Olland və Merkellə görüşdü

Putin Olland və Merkellə görüşdü

2 Oktyabr 2015, 16:49


Bu gün Parisdə “Normand dördülüyü” formatında (Fransa, Almaniya, Rusiya və Ukrayna) liderlərin görüşü keçiriləcək.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə görüşdən əvvəl Rusiya prezidenti fransalı həmkarı Fransua Ollandla Yelisey sarayında bağlı qapılar arxasında bir araya gəlib.  

Hazırda isə Rusiya dövlət başçısının Almaniya kansleri Angela Merkellə görüş keçirdiyi bildirilir.  

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin Ukrayna başçısı Pyotr Poroşenko ilə təkbətək görüşü nəzərdə tutulmur.    

“Normand dördlüyü” bu gün  Ukrayna münaqişəsi və onun sülh yolu ilə həlli yollarını müzakirə edəcək    

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi