Modern.az

Gənc alimlərin beynəlxalq forumu keçiriləcək

Gənc alimlərin beynəlxalq forumu keçiriləcək

2 Oktyabr 2015, 16:00


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi  və Avropa Gənc Alimlər Şurası (EURODOC) ilə tərəfdaşlıq çərçivəsində cari ilin 05-07 oktyabr tarixlərində Bakı şəhərində “Avropa gənc alimlərinin genosid faktlarına baxışları adlı” Beynəlxalq Forum təşkil etməyi planlaşdırır. 18 Avropa dövlətindən gənc alimlərin qatılması nəzərdə tutulan tədbirə avropalı tədqiqatçılardan əlavə istəkləri nəzərə alınaraq Pakistan, Hindistan, Kenya, Qırğızstan, Qazaxstan, İndoneziya, Fələstin, Amerika Birləşmiş Ştatları, Sudandan olan gənc alim və tədqiqatçılar da qatılacaqlar.

Modern.az xəbər verir ki, tədbirin məqsədi soyqırım və genosid faktlarının tədqiqinə gənc alimləri cəlb etmək və eyni zamanda, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırım faktlarının dünyaya tanıdılması, müasir dövrümüzdə baş verən Xocalı soyqımı haqqında Avropa elmi gəncliyi arasında təbliğat işinin daha da genişləndirilməsi, soyqırım və genosid faktalarına konkret məqsədlərə və qruplara xidmət edən siyasət adamlarının deyil, məhz elmi tədqiqatçıların araşdırmalarının nəticəsinə əsaslanaraq qiymət verməli olduğunu diqqətə çatdırmaq, bu istiqamətdə gələcəkdə konkret tədqiqatların aparılmasına dünya elmi gəncliyini sövq etməkdən ibarətdir.

Tədbir iştirakçılarının 06 oktyabr 2015-ci il tarixində Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti, 07 oktyabr 2015-ci il tarixində saat 9.30-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarəti, saat   saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində Forum çərçivəsində keçiriləcək konfransın rəsmi açılışı keçiriləcəkdir. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək