Modern.az

Britaniyada 15 yaşlı gəncə ömürlük həbs verildi

Britaniyada 15 yaşlı gəncə ömürlük həbs verildi

2 Oktyabr 2015, 17:33


Böyük Britaniyanın Mançester şəhər məhkəməsi 15 yaşlı gənci ömürlük həbs cəzasına məhkum edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaq yetkinlik yaşına çatmayan gəncin Avstraliyada hərbi parad zamanı polislərdən birinin başını kəsməyi planlaşdırdığını, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini gerçəkləşdirə bilmədiyini sübut edib.  

Hadisənin real ictimai təhlükəliliyini nəzərə alan Mançester məhkəməsi yeniyetməni terrorçuluq maddəsi ilə ən ağır cəzaya məhkum edib.  

Hökmə əsasən müttəhim cəzasının ilk 5 ilini çəkdikdən sonra əfv olunması üçün müraciət edə biləcək.   Onun evində aparılan axtarışlar zamanı isə “İslam dövləti”nə məxsus atribut və bayraqlar aşkarlanmışdı.  

Vüqar İsmayılov    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək