Modern.az

“Normand dördlüyü”nün görüşü başlayıb

“Normand dördlüyü”nün görüşü başlayıb

2 Oktyabr 2015, 18:12


Parisin Yelisey sarayında “Normand dördlüyü”nün liderlərinin (Fransa, Almaniya, Rusiya, Ukrayna)  görüşü başlayıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, görüşdə  Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukraynadakı hərbi-siyasi vəziyyəti, Donbasda keçiriləcək seçkiləri, qoşunların təmas xəttindən çəkilməsini və ATƏT-in müşahidəçilərinin cəbhə xəttinə buraxılması və s. müzakirə olunacaq.  

Bundan öncə, 11-12 fevral tarixlərində Belarusun paytaxtı Minsk şəhərində “Normand dördlüyü” formatında keçirilən 16 saatlıq görüş Ukraynada  hərbi əməliyyatların dayandırılmasına ilə nəticələnmişdi.  

Vüqar İsmayılov   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək