Ermənistan Müdafiə Nazirliyində jurnalistlərlə keçirilən görüş mübahisəsiz ötüşməyib.
Modern.az-ın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, görüşdə erməni jurnalistlə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlərə, erməni tərəfinin ağır itkilər verməsinə dair açıqlamalar istəyiblər.
Mətbuat konfransında erməni jurnalistlər Ermənistan Müdafiə Nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin “rəsmiləri"nin açıqladığı məlumatlara inanmadıqlarını deyib. Jurnalistlərin sosial şəbəkələrdə bir qrup erməni hərbçisinin məhv edilməsini əks etdirən görüntülərlə bağlı Müdafiə Nazirliyi rəsmilərindən açıqlama istəyi cavabsız qalıb.
Erməni hərbçilərinin məhv edilməsini əks etdirən videogörüntü: