Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan kişilər arasında peşəkar kikboksinq turniri keçirilib.
Regionlarda idmanın digər növləri ilə yanaşı, kikboksinqin də sürətlə inkişaf etdiyini vurğulayan federasiya prezidenti bölgələrdə təşkil olunan yarışların idmanın gənclər arasında təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Vurğulanıb ki, bölgələrdə belə tədbirlərin keçirilməsi cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət edir. Qeyd edilib ki, bu turnirdə 2015-2016-cı illərdə beynəlxalq yarışlarda mübarizə aparacaq peşəkarlardan ibarət yığma komandanın tərkibi müəyyən ediləcək.
Adil Əliyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovu diplomla təltif edib.
Gərgin mübarizə şəraitində keçən turnirin sonunda qaliblər Ruslan Musayev, Qiyas Şairmərdanov, İbrahim Məmmədov, Rauf Qarayzadə, Emil Mövsümzadə və Bəybala Quliyev kikboksinqin k-1 və lou-kik versiyasında döyüşərək rəqiblərini məğlub edib və müvafiq medallarla təltif olunublar, həmçinin məşqçi və müəllim heyəti, kikboksinq idman növünün inkişafında göstərdiyi səylərə görə Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər rayon gənclər və idman idarələrinin nümayəndələri mükafatlandırılıblar.
Turniri Ağdam rayonunun icra başçısı RİH müavini, əməkdar idman ustası Eduard Məmmədov, Ehram Məcidov, beşqat dünya çempionu Pərviz Abdullayev, tanınmış müğənni Tunar yarışı izləyib.
Modern.az