Modern.az

İstirahət gününün hava PROQNOZU – yağış, külək

İstirahət gününün hava PROQNOZU – yağış, külək

3 Oktyabr 2015, 12:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağma ehtimalı var. Şimal küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 22-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əcəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

Qeyd edək ki, oktyabrın 2-si axşamdan oktyabrın 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək