Modern.az

Ərəstun Cavadov deputatlıqdan sonrakı fəaliyyətindən DANIŞDI

Ərəstun Cavadov deputatlıqdan sonrakı fəaliyyətindən DANIŞDI

3 Oktyabr 2015, 14:29


Milli Məclisin deputatı, “Mərkəzi Univermaq”ın sahibi Ərəstun Cavadov qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcək.

Çünki hakim Yeni Azərbaycan Partiyasının (YAP) açıqladığı seçki siyahısına Ərəstun Cavadovun adı salınmayıb.hazırda Milli Məclisdə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsini təmsil edən Ə.Cavadovun özü də yenidən namizəd olmağa təşəbbüs göstərməyib.

Bəs Ərəstun Cavadov bundan sonra nə işlə məşğul olacaq? Bununla bağlı o, Modern.az saytına açıqlama verib. Ərəstun Cavadov deyib ki, bundan sonra siyasətlə məşğul olmağı düşünmür, ancaq istirahətə üstünlük verəcək.

“Hal-hazırda təqaüddəyəm. Bundan sonra da işləməyib, istirahətlə məşğul olacam”,-deyə o bildirib.

Namidə Bingöl

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək