Modern.az

Fazil Mustafa Xoşqədəmin verilişinin bağlanmağını pislədi

Fazil Mustafa Xoşqədəmin verilişinin bağlanmağını pislədi

3 Oktyabr 2015, 15:36


Milli Televiziya və Radio Şurasının ANS telekanının efirində yayımlanan “Xoşqədəmlə axtrıram səni” verilişini 5 oktyabr tarixindən etibarən bağlaması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Teleradio Şurasının bu qərarına haqq verənlər də var, ona qarşı çıxanlar da...

Modern.az xəbər verir ki, verilişin bağlanmasını pisləyənlərdən biri də deputat Fazil Mustafadır. O, məsələylə bağlı bunları bildirib:

““Xoşqədəmlə axtrıram səni” verilişini bağladılar. Məncə tamaşaçı zövqü bəhanədir. Azərbaycanda çoxluğun zövqünə tam uyğun bir veriliş idi. Çox adam tanıyıram ki, o verilişin vaxtını gözləyirdi ki, oturub bir az ağlayıb yüngülləşsin. Bayağılığa qalsa, teleməkanın böyük hissəsini bu bayağılıq bürüyüb. Cəmiyyəti düşünməyə, axtarmağa sövq edən alternativ verilişlər üzərində düşünmək lazımdır. Elmi, siyasi, intellektual debatlara yer vermek daha faydalı olardı. Əks halda, elə bu boşluğa qapılıb insanlar yenə də "Onu" axtaracaqlar”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək