
Müsavat Partiyasının başqanı Arif Hacılının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi bu gün müvafiq DSK-nın qərarı ilə qeydə alınıb.
Bu haqda Müsavat Partiyasının seçkidə səlahiyyətli nümayəndəsi Elman Fəttah məlumat verib.
Modern.az-ın məlumatına görə, həmin dairədə Arif Hacılının əsas rəqibi hakim Yeni Azərbaycan Partiyasının namizədi, hazırki deputat Hüseynbala Mirələmov olacaq.