Oktyabrın 6-da Milli Məclisin növbəti iclası keçirilir. Modern.az xəbər verir ki, iclasın gündəliyinə 32 məsələ daxildir. Bu məsələlərin bir çoxu hökumətlərarası sazişlərin təsdiq edilməsi və xeyli sayda qanunlara dəyişikliklərlə bağlıdır.
İclasda İnzibati Xətalar Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Cinayət Prosessual Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “KİV haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “İctimai Televiziya və radio yayımı haqqında” və digər qanunlara əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulub.
Aytən ZƏHRA