Modern.az

Daha iki deputat köməkçisi deputatlığa namizəd oldu

Daha iki deputat köməkçisi deputatlığa namizəd oldu

5 Oktyabr 2015, 13:23

1 noyabrda keçiriləcək parlament seçkilərinə daha iki deputat köməkçisi qatılıb. Modern.az saytı xəbər verir ki, onlardan biri 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Əjdər Əliyevdir. O, Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisidir.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi (MDHP) Cavanşir Rzazadə isə 33 saylı Xətai birinci seçki dairəsində qeydə alınıb.  Cavanşir Rzazadə MDHP sədri, deputat Fərəc Quliyevin köməkçisidir.

Qeyd edək ki, bundan öncə daha bir deputat köməkçisi 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınıb. Bu, Milli Məclisin deputatı Nəriman Əliyevin köməkçisi Mirnizam Vahabovdur.



Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək