Modern.az

Azərbaycanlı deputatın“Chatham House” və İngiltərə XİN-də mühüm GÖRÜŞLƏRİ - EKSKLÜZİV

Azərbaycanlı deputatın“Chatham House” və İngiltərə XİN-də mühüm GÖRÜŞLƏRİ - EKSKLÜZİV

5 Oktyabr 2015, 13:40

Sentyabrın 30-da Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda (“Chatham House”) Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətinin üzvü, deputat Rövşən Rzayev görüş keçirib.  

Görüş barədə Modern.az saytında məlumat verən Rövşən Rzayev görüşdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslər müzakirə edilib:

“Görüşdə Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi də səsləndirilib. Təxminən bir neçə ay bundan öncə Dağlıq Qarabağdakı separatçı rejimin və erməni icmasının rəhbəri Bako Saakyan həmin instituta dəvət olunub və Qarabağ ermənilərinin mövqeyini açıqlayıb.  

Biz də Böyük Britaniyadakı Dağlıq Qarabağla bağlı əsl həqiqəti görüş iştirakçılarına çatdırmağa çalışdıq və azərbaycanlı icmasının mövqeyini səsləndirdik. Deyə bilərəm ki, oradakı çıxışımız çox müsbət qarşılandı.  

Dağlıq Qarabağın azərbaycanlı icmasını İngiltərə Xarici İşlər Nazirliyində də qəbul etdilər və görüşlər keçirildi. Bu nazirlikdən sonra İngiltərə parlamentində də Dağlıq Qarabağ azərbaycanlı icmasını qəbul etdilər və bizim mövqeyimiz, eyni zamanda da Azərbaycan həqiqətləri hər üç görüşdə müzakirə edilərək fikir mübadiləsi aparıldı.  

Xarici İşlər Nazirliyində bizə bildirildi ki, Bako Saakyan, sadəcə, “Chatham House” institutu tərəfindən dəvət olunub və dövlət tərəfindən bu, mənfi qiymətləndirilir. Eyni zamanda, Dağlıq Qarabağın azərbaycanlı  icmasını tam rəsmi şəkildə qəbul etdiklərini bildirdilər və gələcəkdə də bu cür görüşlərin davamlı olacağı gözlənilir”.  

Qeyd edək ki, bu ilin iyul ayında  separatçı “Dağlıq Qarabağ Respublikası”nın qondarma prezidenti Bako Saakyanın “Chatham House”ın  dəvəti ilə Lonodona səfər etməsi Azərbaycanda ciddi narazılıq yaratmışdı.   Bako Saakyan “Chatham House”da çıxış da etmişdi.  

Vüsalə Qəzənfərqızı


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu