Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda keçirilən Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb.
Hava və Ekstremal İdman Növləri Federasiyasından Modern.az-a verilən məlumata görə, 100-ə yaxın idmançının iştirak etdiyi çempionat kişilər və qadınlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar.
Yarışın sonunda qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub. Qeyd edək ki, FAİREX tərəfindən hər il mütəmadi olaraq keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olmaqla yanaşı, digər gənclərdə də bu yarış növünə böyük maraq yaradır.
Çempionatın nəticələrini təqdim edirik:
Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında kişilər arasında çətinlik üzrə final mərhələsinin nəticələri: 1. Rəhimxanov Ramel (FAİREX “Qafqaz”)
2. Şıxrəhimov Qalib (FAİREX “Laza”)
3. Qədirli Qorxmaz (FAİREX “Şəki A.M.A”) Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında qadınlar arasında çətinlik üzrə final mərhələsinin nəticələri: 1. Səfərova Sima (FAİREX “FHN”)
2. Hüseynova Könül (FAİREX “Kyanit”)
3. Əhmədova Leyla (fərdi idmançı)
Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında kişilər arasında sürət üzrə final mərhələsinin nəticələri:
1. Rəhimxanov Ramel (FAİREX “Qafqaz”2. Rəhimxanov Rinat (FAİREX “Qafqaz”)
3. Şıxrəhimov Qalib (FAİREX “Laza”) Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında qadınlar arasında sürət üzrə final mərhələsinin nəticələri:
1. Səfərova Sima (FAİREX “FHN”)
2. Əhmədova Leyla (fərdi idmançı)
3. Atluxanova Lalə (FAİREX “Salavat”)
Qayayadırmanma üzrə Açıq Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə FAİREX-in “FHN” komandası I, “Şəki A.M.A” komandası II, “Gömrükçü” komandası isə III yerə çıxıb.
Modern.az