Modern.az

AZAL Həcclə bağlı açıqlama verdi: “Aparmağa da, qaytarmağa da hazırıq”

AZAL Həcclə bağlı açıqlama verdi: “Aparmağa da, qaytarmağa da hazırıq”

İqtisadiyyat

5 Oktyabr 2015, 15:55


““Azərbaycan Hava Yolları” (AZAL) gələcəkdə Azərbaycan zəvvarlarının Məkkəyə aparılması və onların qayıdışını həyata keçirməyə hazırdır”.  Bu haqda Modern.az saytına AZAL prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski Səudiyyə Ərəbistanına məxsus “Flynas air” şirkətini yarıtmaz fəaliyyətdə ittiham edib: 

“Məlum olduğu kimi, zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarələri ilə səfər ediblər.  Lakin, Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən qəti şərtlərə görə, zəvvarların vətənə qayıdışını qarşı tərəf həyata keçirməli idi.

Təəssüf ki, Səudiyyə tərəfi bu vəzifənin öhdəsindən gələ bilmədi. Bunun nəticəsində də, azərbaycanlı zəvvarlar qayıdarkən ciddi problemlər ilə üzləşdilər – uçuşlar təxirə salındı.
AZAL gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır”.

Bu il Səudiyyə Ərəbistanı Azərbaycana ümumilikdə 2400 zəvvar yeri ayırmışdı. Mina dağında baş verən izdihamda vəfat edənlərin çox olması səbəbi ilə azərbaycanlı zəvvarların vətənə qayıtması ləngiyib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama