Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilmiş iclasında 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının şikayətinə baxılıb.
Modern.az saytı xəbər verir ki, MSK T.Rüstəmxanlının DSK-dan şikayətini araşdırırarq yekun qərarını elan edib. İclasda bildirilib ki, T.Rüstəmanlı DSK-ya 550 imza təqdim edib, onlardan 183-ü etibarsız hesab olunub.
Beləliklə də Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmayıb.
Modern.az