Modern.az

Deputatlığa namizəd deputatlar Milli Məclisin iclasına gəlməyə bilərmi? - AÇIQLAMA

Deputatlığa namizəd deputatlar Milli Məclisin iclasına gəlməyə bilərmi? - AÇIQLAMA

Təhsil

5 Oktyabr 2015, 18:04


Oktyabrın 9-da deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyalarına start veriləcək.

Milli Məclisin hazırkı deputatları arasında yenidən deputat olmaq üçün mübarizəyə qoşulanlar var. Noyabrın 1-nə kimi isə Milli Məclisin  iclasları da keçiriləcək.

Bu iclaslar təbii ki, deputatlığa namizədlərin təşviqat kampaniyası vaxtına təsadüf edəcək. Namizədliyini yenidən irəli sürən deputatın iclasa qatılmamaq hüququ varmı?

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzov Modern.az-a hər bir deputatın iclasda iştirakının zəruri olduğunu vurğulayıb:

“Milli Məclisin deputatının bilavasitə vəzifəsi iclaslarda iştirak etməkdir. Bu, onun birbaşa funksiyasıdır. Təbii, istər seçicilər, istərsə də digər şəxslər başa düşməlidir ki, Milli Məclisin vacib iclasları keçirilərkən qanunlar qəbul edilir və deputatlar da iştirak edirlər. İndiyə qədər olduğu kimi hər bir deputat iclasda iştirak edəcək”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək