Modern.az

”Bu biabırçılıq bir az da davam etsə, Bakıda qiymətlər ərşə qalxacaq”

”Bu biabırçılıq bir az da davam etsə, Bakıda qiymətlər ərşə qalxacaq”

5 Oktyabr 2015, 21:55

Aslan İsmayılov: ”Bakıda tıxac yaradanlar kənddən mal gətirənlər deyil, məmurlarlardır”

Tanınmış hüquqşunas Aslan İsmayılovun bildirib ki, Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı  Adil Vəliyevin qanunla bir araya sığmayan əməllərinə dair sosial şəbəkələrdə paylaşımlarını davam etdirəcək. Onun sözlərinə görə, icra başçısının avtomobil kolleksiyası barədəki videopaylaşıma qısa müddət ərzində böyük maraq göstərilib və məsələ ictimailəşdirilib. Buna görə ona haqq qazandıranlarla yanaşı, başqasının pulunu saymaqda ittiham edənlər də olib.

”Atdığım addımın məsuliyyətini və təhlükəsini dərk edirəm və hər dəqiqə cavab verməyə hazıram” deyən hüquqşünas bildirib ki, bununla da o, Prezidenti İlham Əliyevin dəfələrlə təkrarladığı “Vətəndaşlardan xahiş edirəm, özbaşnalıqları elan edin, ictimai qınaq göstərin” fikrinə dəstək verin.

A.İsmayılovun sözlərinə görə, Bakı küçələrində tıxac yaradanlar min bir əziyyətlə yetişdirdiyi meyvə-tərəvəz məhsullarını Bakiya satmağa gətirən rayon-kənd sakinləri deyil, məhz bu məmurlar - avtomobil kolleksionerləridir.

”Həmin kəndçilərə, bizi qida məhsulları ilə təmin edən, halal zəhməti ilə dolananlara təşəkkür etmək əvəzinə, onları heç Bakıya da buraxmırıq.
Yeri gəlmişkən, rayon maşınlarının Bakıya girişinin qadağan olunmasının qanunsuz, vətəndaşlarımıza qarşı həqarət olmasının başqa tərəfi də var. Bir balaca ağlı olan iqtisadçı üçün aydındır ki, bu addım onsuz da can üstündə olan kənd təsərrüfatının, ondan ailəsini dolandıran kəndlinin məhvi deməkdir. Bu biabırçılıq bir az da davam etsə, özündə ölkənin 95 faiz iqtisadiyyatını, 50 faiz əhalisini cəmləşdirən Bakıda onsuz da od qiymətinə olan kənd təsərrüfatı mallarının qiymətinin yenidən qalxması labüdləşəcək”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək