Modern.az

Aslan İsmayılov deputatlığa namizəd oldu

Aslan İsmayılov deputatlığa namizəd oldu

Təhsil

6 Oktyabr 2015, 10:47

 

"Viza" hüquq firmasının böyük hüquq məsləhətçisi, hüquqşünas Aslan İsmayılov deputatlığa namizədliyini irəli sürüb. 

A.İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsindən seçkiyə qatılıb. Dairə Seçki Komissiyası onun namizədliyini qeydə alıb.

20 saylı Nərimanov ikinci seçki dairəsində 8 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərdən biri hazırda Milli Məclisin deputatı olan Adil Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən İbrahim Əsədovun namizədliyini irəli sürüb. O, Nərimanov rayon bələdiyyəsində aparıcı mütəxəssis işləyir. 

Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəddir. (Report)

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək