Modern.az

Ucqar kəndlərdə işləyən müəllimlərin kompensasiyası gecikdirilir - ŞİKAYƏT

Ucqar kəndlərdə işləyən müəllimlərin kompensasiyası gecikdirilir - ŞİKAYƏT

Təhsil

6 Oktyabr 2015, 10:50


Yerlərdə işləyən müəllimlərə verilən aylıq müəvaciblər gecikdirilir. Bu haqda Modern.az-a məlumat verən regionlarda işləyən müəllimlər qeyd ediblər ki, artıq iki aydır ki, Təhsil Nazirliyi tərəfindən onlara tətbiq edilən güzəştlər və aylıq məvaciblər gecikdirilir. Onlar qeyd ediblər ki, dərs ili ərzində onlar bu güzəştləri yalnız iki aydan bir alırlar.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev Modern.az-a açıqlamasında bildirib ki, yerlərdə işləyən müəllimlərin maliyyələşməsini yerli təhsil orqanları keçirilir.

“Həmin maliyyələşmə birbaşa yerli təhsil orqanlarına köçrülür və yerli İcra hakimiyyətləri ilə məsələni araşdırmaq lazımdır. Regionlarda olan maliyyələşməni Təhsil Nazirliyi etmir.  Büdcədən yerli İcra Hakimiyyətinə vəsait ayrılır. Düzdür, Təhsil Nazirliyi buna nəzarət edir, bizə belə şikayətlər daxil olur. Lakin bu nazirliyin birbaşa fəaliyyəti deyil, bu Maliyyə Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının işidir”.

İlham Nağıyev eyni zamanda Bakı məktəblərində müəllimlərin məvaciblərindən 19 faiz parlament seçkilərinə tutulması xəbərinə də aydınlıq gətirib.

“Belə bir şey ola bilməz. Bu qeyri-qanuni haldır. Müəllimlərin məvaciblərindən dövlətin təsdiq etdiyi vergi və rüsumlar tutulur. Seçkilərlə bağlı belə şeyin edilməsi qeyri-qanuni bir şeydir. Onunla bağlı konkret şikayət, məktəb varsa, nazirlik araşdırır və ölçülər götürülür. Amma elə bir şey ola bilməz”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək