Modern.az

Ermənistan yığması Bakıya gələcək

Ermənistan yığması Bakıya gələcək

Təhsil

6 Oktyabr 2015, 11:19



Dünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov gələn il Bakıda baş tutacaq Ümümdünya Şahmat Olimpiadasında Ermənistan yığmasının da iştirak edəcəyini bildirib. Modern.az sayt; Ermənistan KİV-nə istinadən xəbər verir ki, federasiya prezidenti bu məsələdə şəxsən ölkə prezidenti Serj Sərkisyandan razılıq aldığını deyib.

“Mən bir neçə dəfə Ermənistan prezidenti, eyni zamanda ölkənin şahmat federasiyasına rəhbərlik edən Serj Sərkisyanla görüşmüşəm. Məhz onun razılığından sonra 4 Ermənistan və daha 2 diaspor ermənisi Bakıdakı Dünya Kubokunda iştirak etdilər. Düşünürəm ki, Ermənistan şahmat yığması gələn il Bakıda baş tutacaq Şahmaq Olimpiadasında da iştirak edəcək”.

Ümumdünya Şahmat Olimpiadası 2016-cı il sentyabrın 17-30-da Bakıda keçiriləcək.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək