Modern.az

AŞPA-nın payız sessiyasının NƏTİCƏSİ: Avropanın Azərbaycana münasibəti dəyişir?

AŞPA-nın payız sessiyasının NƏTİCƏSİ: Avropanın Azərbaycana münasibəti dəyişir?

Təhsil

6 Oktyabr 2015, 11:22


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası zamanı Monitorinq komitəsinin gündəliyində quruma sədr müavini vəzifəsinə seçkilər  keçilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  komitənin sədr müavini seçilib.   Maraqlıdır ki, Səməd Seyidovun vəzifəyə təyin olunması Avropanın Azərbaycana münasibətini dəyişəcəkmi?  

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin həmməruzəçisi  Sevinc Fətəliyeva bununla bağlı  Modern.az-a açıqlamasına verib.

Onun sözlərinə görə Səməd Seyidovun sədr müavini vəzifəsinə seçilməsi hələ ki, heç bir dəyişikliyə gətirib çıxarmayıb.  

“Düşünmürəm ki, Avropanın Azərbaycana münasibəti dəyişib. Bu müəyyən qüvvələrin, müəyyən şəxslərin fəliyyətinin nəticəsidir. Azərbaycana qarşı qarayaxma kampaniyaları baş verməsinə və Azərbaycan əleyhinə hansısa müzakirələrin  təşkil olunmasına baxmayaraq, Səməd Seyidovun sədr müavini seçilməsi,  azərbaycanlı bir nümayəndənin rəhbər vəzifəni beynəlxalq təşkilatlarda tutması onu göstərir ki, artıq  Azərbaycan bərabərhüquqlu müttəfiq kimi qəbul olunub. Avropa təşkilatları tərəfindən çox yaxşı qəbul edilib.  

Sevinc Fətəliyeva azərbaycanlı nümayəndə heyətinin AŞPA-da vəzifə tutmasından da danışıb.   “AŞPA-da Azərbaycan nümayəndə heyətinin iki üzvü Avropa Şurasının baş məruzəçisi qismində fəaliyyət göstərir. Uşaqlar üzrə mən, qadınlar üzrə isə Sahibə Qafarova. Bu, Azərbaycan tarixində ilk dəfə olan bir hadisədir.  

Bu, hansısa bir kvota əsasında yox, seçim nəticəsində əldə olunan vəzifədir. Avropa Şurasının üzvləri, komitə üzvləri 47 ölkənin nümayəndəsi səs verərək bizi baş məruzəçi kimi seçiblər.

Həmçinin də komitə sədri müavini vəzifəsi də seçimli vəzifədir. Bu, onu göstərir ki, bu gün Avropa təşkilatlarında müşahidə etdiyimiz bəzi məqamlar, hadisələr tamamilə Avropa qurumlarının münasibətini göstərmir. Avropa qurumlarının münasibəti tamamilə fərqlidir. Azərbaycan nümayəndə heyətinin üzvləri,  Azərbaycan təmsilçiləri müəyyən rəhbər vəzifələr tuta bilir”.  

Namidə BİNGÖL

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək