Modern.az

İş adamının amansızlığı: işçilərini süründürdü - FOTOLAR

İş adamının amansızlığı: işçilərini süründürdü - FOTOLAR

Təhsil

6 Oktyabr 2015, 11:34

Çində firma müdirlərindən birinin öz işçilərinə tətbiq etdiyi cəza metodu böyük qalmaqala səbəb olub. Modern.az “Lifenews” informasiya kanalına istinadən xəbər verir ki, Çjençjou şəhərində çəkildiyi iddia olunan fotolarda bir neçə qadın və kişidən ibarət qrupun göl kənarı boyunca sürünə-sürünə hərəkət etdiyi görünür.

İnternet istifadəçilərindən biri həmin insanların bayram günləri məhsul sata bilmədikləri və bununla da planı doldura bilmədikləri üçün firma müdiri tərəfindən cəzalandırıldıqlarını yazıb.

Fotolar sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Çinin hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün araşdırmaya başlayıblar.








Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək