Modern.az

Tarif Şurasından 1126 dərman vasitəsi ilə bağlı QƏRAR

Tarif Şurasından 1126 dərman vasitəsi ilə bağlı QƏRAR

Təhsil

6 Oktyabr 2015, 11:38


Tarif Şurası daha 1126 dərman vasitəsinin qiymətini təsdiqləyib.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Modern.az saytına verilən məlumatda bildirilib ki, şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 6 oktyabr 2015-ci il tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 1 dekabr 2015-ci il tarixindən qüvvəyə minir.

“Ümumilikdə, bu günə kimi 2183 dərman vasitəsinin qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənib. Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə oktyabr ayının 20-ə kimi sənədlərin (bəyannamələrin) qəbulu elan edilib”.  

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək