Modern.az

Deputat bu dini təşkilatların fəaliyyətinin qadağan olunması təklifini verdi

Deputat bu dini təşkilatların fəaliyyətinin qadağan olunması təklifini verdi

Təhsil

6 Oktyabr 2015, 12:56


Dini Qurumlar iş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib.  Dövlət Komitəsi bundan sonra nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq yoxlamalar aparacaq.  

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında  "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Eyni zamanda qurum din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görür, ixtisasartırma kurslarını təşkil edir.  

Qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda bu gün iki dini təşkialt var ki, onlar siyasi açıqlamalar verir.  

“Dini təşkilatlardan ikisi qeyd edir ki, seçkiləri boykot edəcəyik. Bunlar QHT-lərdir və onların nizamnaməsində siyasi məsələlər müdaxiləsi qanunla qadağandır. Bununla bağlı qanuna əlavə və dəyişiklik edilsin ki, belə siyasi çıxışlar edən dini təşkilatların fəaliyyəti dayandırılsın.  

Belə insanlar dini cəmiyyətlər təşkilatlar adından çıxış edir, burada dini fəaliyyətdən çox siyasi fəaliyyətlə məşğuldur. Dini komitəyə səlahiyyət verək ki, bunlar barəsində ölçü götürülsün və fəaliyyəti dayandırılsın”.  

Sonda qanun layihəsi səsə qoyularaq qaəbul edilib.  

Aytən Zəhra    

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək