Modern.az

Şamil Basayevin dəstəsinin üzvü tutuldu

Şamil Basayevin dəstəsinin üzvü tutuldu

Təhsil

6 Oktyabr 2015, 13:25



Rusiyanın güc strukturları 1990-cı illərin ortalarında Stavropol diyarının Budyonovsk şəhərinə hücum edən Şamil Basayevin quldur dəstəsinin üzvünü saxlayıblar. Modern.az Rusiya mediasına istinadən bildirir ki, oktyabrın 5-də Moskva vilayətinin İstrinski rayonunda Federal Təhlükəsizlik Xidmətinin (FTX)  əməkdaşları 1972-ci il təvəllüdlü B.Daudovu tutublar.

FTX-nın versiyasına görə,  saxlanılan 1995-ci ildə Budyonovska hücumun iştirakçılarından biridir.

1995-ci il iyunun 14-də Şamil Basayevin rəhbərlik etdiyi ən azı 160 nəfərlik hərbi qruplaşma terror aktı törədərək şəhərdə insanları girov götürüblər. Nəticədə 129 vətəndaş öldürülüb, 317 nəfər yaralanıb, 1586 nəfər girov götürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək