Modern.az

Azərbaycanda 86 yaşlı arvadını öldürən 83 yaşlı ər tutuldu

Azərbaycanda 86 yaşlı arvadını öldürən 83 yaşlı ər tutuldu

Təhsil

6 Oktyabr 2015, 13:36

Modern.az saytı xəbər verir ki, Daxili İşlər Nazirliyi Zaqatalada törədilən qətllə bağlı məlumat yayıb. Məlumata görə, görə, sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparmaları, heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və X. Səfərovanın hadisə yerində ölməsi barədə verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Xanpəri Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürüldüyü müəyyən edilib və o, həbs edilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək