Modern.az

Hüquq və təhsil sahələrində xidmətlərə görə də “Tərəqqi” medalı veriləcək

Hüquq və təhsil sahələrində xidmətlərə görə də “Tərəqqi” medalı veriləcək

Təhsil

6 Oktyabr 2015, 13:38


Milli Məclisin plenar iclasında "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.  

Modern.az xəbər verir ki, qanun layihəsinə edilən dəyişiklə bağlı məlumat verən deputat Rəfael Cəbrayılov qeyd edib ki, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrini ehtiva edən 14-cü maddəyə əlavələr edilir.  

Belə ki, əlavə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etməklə bağlıdır.   Qanun layihəsi səsə qoyulub.   İclasda “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi də müzakirə edilib.  

Dəyişikliyə əsasən, “Tərəqqi” medalının hüquq və təhsil sahələrində xidmətlərə görə də verilməsi nəzərdə tutulur.  

Qeyd edək ki, hazırda “Tərəqqi” medalı Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara, böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsində xidmətlərə, xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə verilir.  

Dəyişiklik səsə qoyularaq qəbul edilib.  

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək