Modern.az

Milli Məclisdə məsələ qaldırıldı: “Radarlar yol qəzalarına səbəb olur”

Milli Məclisdə məsələ qaldırıldı: “Radarlar yol qəzalarına səbəb olur”

6 Oktyabr 2015, 13:51


Milli Məclisin bu gün keçirilən iclasında deputat İlham Əliyev yollarda quraşdırılan sürəti qeydə alan kameralarla bağlı narazılığını bildirib.

Modern.az xəbər verir ki, “Yol hərəkəti haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı çıxış edən İlham Əliyev sözügedən kameraların problem yaratdığını vurğulayıb:  

“Radara 30 metr qalmış sürətin həddi qəflətən aşağı düşür. Bu daha da qəzalı hadisəyə gətirib çıxarır. Əgər sürücü birdən-birə sürəti 110 dan 50-yə azaldırsa, bu qəzanın yaranmasına gətirib çıxarır.  

Bəzən elə yollarda sürət həddi aşağı salınıb ki, buna ehtiyac yoxdur. Bu baxımdan Kürdəmir- Gəncə yolu, ümumiyyətlə, dəhşətdir. Hər xırda yaşayış məntəqəsinə çatanda radar qurulub. Radara çatmamış sürət həddi birdən-birə 50 km saata düşür”.  

Aytən Zəhra  

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama