Modern.az

Lisenziyada göstərilən xidmətlərdən kənar tibb fəaliyyəti qadağan olundu

Lisenziyada göstərilən xidmətlərdən kənar tibb fəaliyyəti qadağan olundu

Təhsil

6 Oktyabr 2015, 14:04


"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib.

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin plenar iclasında qanun layihəsi  müzakirə olunub .  

Qanunun 4-cü maddəsinə edilən dəyişikliyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilməyəcək.  

16-cı maddəyə edilən dəyişikliyə əsasən isə, özəl tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndəriləcək.  

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.  

Aytən Zəhra

 
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək