Modern.az

“Magistral yollarda qətliam törədilir” - Deputatdan TƏKLİF

“Magistral yollarda qətliam törədilir” - Deputatdan TƏKLİF

Təhsil

6 Oktyabr 2015, 14:05

“Kütləvi informasiya vasitələrində hər gün avtomobil qəzaları haqqında çoxlu xəbərlər yayılır. Bu xəbərlərə istinadən demək olar ki, sanki magistral yollarda qətliam törədilir. Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın şahidi olduq. Məhz bu qəzaya görə iddia etmək olar ki, dəmir arakəsmələr ölüm alətinə çevrilir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərlə bağlı layihənin müzakirəsi zamanı deputat Elmira Axundova deyib:

“Təklif edirəm ki, bu arakəsmələr ekspertizadan keçirilsin. Mən internetdə videoçarxa baxdım, Qərbdə belə dəmir arakəsmələr var, amma onları ağır tonlu maşınlar sındırmır”.

Deputatın fikrincə, bizdə isə kiçik ölçülü maşınlar həmin dəmir arakəsmələri sındırır: “Ona görə təklif edirəm ki, ekspertizadan sonra bu arakəsmələrin keyfiyyəti artırılsın, yaxud digər qurğularla əvəz edilsin. Bu, insanların təhlükəsizliyi baxımından əhəmiyyətlidir”.

Aytən Zəhra

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək