Modern.az

AMİP sədri seçkidən imtina ilə bağlı xüsusi açıqlama verəcək

AMİP sədri seçkidən imtina ilə bağlı xüsusi açıqlama verəcək

Təhsil

6 Oktyabr 2015, 16:00


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini geri götürüb.

Bəs, AMİP bununla bağlı nə düşünür?

Məsələ ilə bağlı AMİP-in baş katibi Arzuxan Əlizadə Modern.az-a açıqlama verib:

“Əvvəlcə, onu deyim ki, namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti oktyabrın 2-də başa çatıb. Qanunvericilik baxımından kiminsə verilən müddət başa çatdıqdan sonra namizədliyini irəli sürməsi mümkün deyil. O ki, qaldı Yusif Bağırzadənin namizədliyi məsələsinə, bu barədə xüsusi açıqlama olacaq. Ona görə də məsələ ilə bağlı hələlik partiyadan heç bir açıqlama verilmir”.

Vüsalə Qəzənfərqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək